ATGTİ “Media və PR” təlimi təşkil edir

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Jurnalistlər işçi qrupu PR və media mütəxəssisi Vüqar Babanın təqdimatında təşkil olunan “Media və PR” təlimini təqdim edir.

Təlim proqramında yer alan mövzular:
– İctimai əlaqələrin qurulmasında vacib amillər
– PR və mediada əlaqələr necə qurulmalıdı?
– Reklam və PR-ın fərqi, medianın rolu
– Gördüyünüz işlər KİV orqanlarında necə işıqlandırılmalı və daha çox kütləyə necə yayılmalı?
– Hansı mətbuata üstünlük verilməli və kimlərlə işləməli?
– PR ilə media bir-biri ilə necə işləməli?
– Media və PR-ın əsas öhdəlikləri nələrdir?
– Şirkət KİV ilə necə münasibət qurmalı ki, böhran zamanı nüfuzunu saxlaya bilsin? və s.

Təlim ödənişsizdir və qeydiyyatdan keçən hər kəs iştirak edə bilər.
Təlimdə iştirak üçün qeydiyyat : https://docs.google.com/forms/d/1clgd_EsgJeQ6cDohRhGmwJNhb804R8vNU-spcZr_l7o/viewform
Tarix: 17 aprel
Saat: 14:00
Ünvan : ATGTİ-nin ofisi (28 may küç., 9/13) (23 nömrəli məktəbin qarşısı).

————————————————————————————————————–

Baş tutmuş təlimdən fotolarla aşağıda tanış ola bilərsiniz.
P.S. Mühazirəyə rəng qatan xüsusi qonaqlar ASAN xidmətin mətbuat katibi Anar Hüseynov və “Xəzər” TV-in xəbər aparıcısı Turan Babayevə təşəkkür.

Baş tutmuş təlim barədə ətraflı  ATV.az,  Manera.az, Moderator.az, MilliXeber.az saytlarının linklərinə klikləyərək oxuya bilərsiniz.

Paylaş

Bir cavab yazın