Bakıda İctimaiyyətlə Əlaqələr üzrə peşəkar dərslərin keçirildiyi “PR Məktəbi” kursu açılıb. Vüqar Babanın Prezident yanında Gənclər Fondunun dəstəyi ilə təşkil etdiyi kursda 30-a yaxın gənc PR sahəsi üzrə biliklər alıb.

Ümumilikdə 1 ay ərzində keçirilən 20  dərs müddətində məktəbin direktoru Vüqar Baba ilə birlikdə 12 PR mütəxəssi mühazirə deyib.

Onlar “Mediator” PR agentliyinin həmtəsisçisi Emin Hüseynzadə, “KSM Azərbaycan” şirkətinin qurucusu Rəşad Camal, “Nurgün” Holdinqin marketinq və PR mütəxəssisi İlkin Qurbanov, “PR Labaratoriyası” şirkətinin rəhbəri Afət yaqubova, FINKA Azərbaycan şirkətinin PR kordinatoru Zəka Quluyev, “Xəzər” TV-in redaktoru, İstanbul Universitetində PR üzrə təhsil almış Vüsal Gözəlov, İqtisad Universitetinin marketinq meneceri Ramil Cabbarov, “Mətanət A” şirkətinin PR mütəxəssisi Şahanə Sarı, “Hajizadeh Group” marketinq şirkətinin SMM mütəxəssisi Fərhad Ələkbərov, media edkperti Asəf Quliyev,”Oxfam Azərbaycan” şirkətinin PR meneceri Seymur Kazımov olublar.

Bir neçə ay sonra “PR Məktəbi”nin növbəti qrupu üçün qəbul olunacaq.

 Xəzər TV-in “PR Məktəbi”nin açılması ilə bağlı sujeti

Bakıda "PR Məktəbi" açılıb – Xəzər TV

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Bakıda "PR Məktəbi" açılıb. 30 tələbənin oxuduğu və 10-dan çox müəllimin dərs keçəcəyi məktəbin direktoru Vüqar Babadır.#prmektebi #pr_mektebi #genclerfondu #vugarbaba #xezertv

Gepostet von PR Məktəbi am Mittwoch, 23. Dezember 2015

“İctimai TV”in “PR Məktəbi”nin açılması ilə bağlı sujeti

https://www.youtube.com/watch?v=LLf4_RxCxe4


FOTOSLAYD

Paylaş

Bir cavab yazın