İctimaiyyətlə Əlaqələrdə ən həssas tərəf əlbəttə ki, media ilə əlaqələr sahəsidir. Bəzi PR mütəxəssisləri “media relations”ı düzgün qura bilmədiyinə görə müxtəlif çətinliklər, bəzən isə böhranlar yaşayır. Mətbuat xidmətinin isə işinin adı elə media ilə əlaqələr qurmaqdır.
PR-jurnalistika münasibətlərinin hər iki cəbhəsində işləmiş biri kimi PR mütəxəssisləri və mətbuat katiblərinə faydalı olacağını düşündüyüm bir məqalə hazırladım. Həm də bu tövsiyyələri elə jurnalistika prinsipi ilə – yəni subyektiv fikrim olaraq yox, başqa eksperlərin dili ilə təqdim etmək istədim. Əcnəbi mütəxəssislərin media əlaqələri barədə dedikləri fikrlər arasından doğru hesab etdiklərimin bir hissəsini 4 məsləhət kateqoriyasında bu cür yığdım:
- Foksunuzu daraldın
- Maksimum sayda jurnalistlə əlaqə qurmaqdansa tanıdığınız az sayda jurnalistlərə daha çox vaxt sərf etməyə çalışın.
Müəllif: Derek DeVries – PR, kommunikasiya, sosial media mütəxəssisi, Vest Miçiqan Universitetinin professoru. - Son zamanlar sizə yaxın mövzularda materiallar hazırlayan jurnalistləri tapın, onlarla işləyin.
Müəllif: Ceyson Cekobs – “RunKeeper” tətbiqetməsinin yaradıcısı.
2. Heç kəsin zamanını boşa xərcləməyin
- Mediaya real xəbər ötürün. Jurnalsitlərin vaxtını boşa xərcləməyin. Kimlərlə təmasda olduğunuzu və onlara nə lazım olduğunu yaxşı başa düşün.
Müəllif: İan Edvards – davamlı kommunikasiya mütəxəssisi - Onlara xəbər verin. Nağıl danışmayın, yalan danışmayın. İnformasiya çəkisi olan və auiditoriyaya maraqlı məlumat verin.
Müəllif: Ani Hovard – “Rush PR News”un təsisçisi.
3. Müasir kanallardan istifadə edin
- Jurnalistlərin ciddi mənbə kimi yanaşdığı platformalardan istifadə edin.
Müəllif: Betina Verqara – “La Belle Carte”, “Wonderbush” tədbir təşkilatçılığı şirkətlərinin qurucusu. - Əlaqə qurmaq istədiyiniz jurnalistləri sosial mediada tapın və münasibət yaradın (dost olun, izləyin və s.). Onlar sualları olduqda sizə sosial media üzərindən müraciət edəcək və söhbət və müzakirələriniz yarana biləcək. Beləliklə, jurnalistlərlə dostluq quracaqsınız.
Müəllif: Derek DeVries – PR, kommunikasiya, sosial media mütəxəssisi, Vest Miçiqan Universitetinin professoru.
4. Daha çox cəlbedici və daha az inadkar olun
- Jurnalistlərlə münasibətlərinizin yüksək səviyyədə qurulmasına və qarşılıqlı hörmətə əsaslanmasına diqqət yetirin.
Müəllif: İan Edvards – davamlı kommunikasiya mütəxəssisi - Bir jurnalistdən sizin və ya işlədiyiniz şirkət barədə material hazırlamasını xahiş etmək yaxşı fikir deyil. Müxbir belə təkliflərdən asılı olmadığını (sizə və ya özünə) təsdiq etmək üçün bunu rədd edə bilər. Həqiqətən əlinizdə yaxşı bir mövzu varsa sadəcə bu barədə ona məlumat verin, jurnalist maraqlı mövzunu qiymətləndirə biləcək və yazacaq.
Müəllif: Şeldon Qordon – keçmiş qəzet və TV jurnalisti
Belə. Jurnalsitika peşəsi üzrə də 5 ildən çox təcrübəsi olan bir PR çalışanı olaraq PR və mətbuat xidməti sahəsindəki həmkarlarıma yararlı bir material olmasına çalışdım. Bunlara əməl etsək həm də jurnalistlərin işi asanlaşar. Məsləhtli don gen olar, məsləhətli iş rahat olar.