“Young Business Factory” (YBF) marketinq menecmentin marketinq və PR istiqamətlərinin tədris olunacağı “Professional Marketing” adlı kursa qəbul elan edir. YBF kursun məzunları mütləq müxtəlif şirkətlərdə iş və ya təcrübə proqramı ilə təmin edəcək.

16 dərsi (36 saat) əhatə edən proqramda  marketinq üzrə təlimçi Elçin Gülməmmədov, PR üzrə isə Vüqar Baba olacaq. Təlimlər mühazirə və real təcrübələr (“case”lər), videolar, ev tapşırıqları, testlərlə keçiriləcək.

TƏLİMÇİLƏR BARƏDƏ:

Elçin Gülməmmədov
Mövzu: Strateji marketinq

 

“Azercell” şirkətinin Marketinq departamentinin Müştəri Münasibətlərinin İdarəedilməsi/Müştəri Axının Qorunması üzrə şöbə rəhbəri vəzifəsində çalışır.

Elçin Gülməmmədov təhsilini Marketinq üzrə Buxarest İqtisadi Elmlər Akademiyasında tamamlamış, eyni zamanda Tbilisi Beynəlxalq İqtisadi Məktəbdə STATA analitik program üzrə təhsil almış və Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında Menecment fakultəsinin məzunudur. Bunlardan əlavə “Nar Mobile” şirkətində Loyallıq və Məqsədyönlü Marketinq üzrə aparıcı mütəxəssis kimi çalışmış cənab Gülməmmədov , həmçinin, Havas Worldwide Baku şirkətinin Biznes inkişaf departamentində Müştərilərlə Əlaqələrin İdarəedilməsi üzrə mütəxəssis vəzifəsində işləmişdir .

Telca və Media biznesinin marketinqdə müxtəlifliyi haqqında 4 illik təcrübəsi olan treynerimiz , yeni biznes imkanlarının dəyərləndirilməsi və inkişafı üzrə mütəxəssisləşmiş, SAS, STATA 14, SPSS Modeller, SPSS Statistics, SQL Server proqramlarını dərindən mənimsəmişdir.

 

Vüqar Baba
Mövzu: PR Menecment

 

Hazırda “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibidir. Həmçinin Azərbaycan Dillər Universitetində “Mediada marketinq” fənnindən dərs deyir.

Daha əvvəl “Atlas” Tibb Mərkızində,  “Mətanət A”, “Çudo Peçka” şirkətlərində, ANS Media Holdinqdə PR direktor vəzifəsində işləyib. “Xəzər” TV-nin Gürcüstan bürosunun müdiri, “Lent.az” İnformasiya Agentliyində, radio “Antenn”də, “GÜN səhər” qəzetində jurnalist kimi fəaliyyət göstərib. BBC-nin Dünya, Azərbaycan dili və fars dili şöbələri ilə əməkdaşlıq edib.

Tiflisdə ABŞ əsaslı Gürcüstan İctimai Əlaqələr İnstitunda (GIPA) Media Menecment ixtisası üzrə magistr, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsili alıb. Almaniyada bu ölkənin İqtisadiyyat Nazirliyinin  təşkil etdiyi 1 aylıq intensiv “Top menecment” kursunu bitirib. ABŞ-ın Jurnalistlər üçün Beynəlxalq Mərkəzinin (ICFJ) 4 aylıq araşdırma jurnalistikası kursunun məzunudur.

Proqramın başlama tarixi: 22 May 2016  ( Hər həftənin şənbə və bazar günü )

“Professional Marketing” programının ödənişi:  120 manat.

Onlayn qeydiyyat LİNKİ

Daha ətraflı məlumat üçün isə BURAYA klikləyə və ya şirkətin aşağıdakı kontakt vasitələri ilə əlaqə saxlaya bilərsiniz.

971828_526015080801797_1546999200_n

Ünvanı: Caspian Plaza III korpus, 12-ci mərtəbə

Məlumat və rezerv üçün əlaqə nömrələri:

Tel: (012) 492 36 67

Mob: (055) 373 50 66

Email: info@youngbusinessfactory.com

Paylaş

Bir cavab yazın