Media mütəxəssisləri Emin Hüseynzadə və Vüqar Baba gənc jurnalistlər və jurnalistikaya həvəsi olan gənclər üçün internet mediasının tədris olunduğu “Media Fabriki” adlı kurs təşkil etdi. Təlim barədə elan müxtəlif saytlarda verildikdən sonra CV-lər yığıldı, namizədlərlə intervyular keçirildi və 12 nəfər iştirakçı seçildi.

Onlar 2014-cü il fevral-may aylarında həftənin 7 günü, gündə 4 saat olmaqla 4 ay dərs aldılar. Burada həm nəzəri biliklər öyrədilir (gənclər 20-ə yaxın mütəxəssisdən dərs aldı), həmçinin də praktik işlər görülürdü (iştirakçılar özlərinin qurduğu xəbər və kommersiya saytalrında hər gün məlumatlar yazıb yerləşdirdi). Məzun olan şəxslərin bir qismi hazırda xəbər saytlarında çalışır və özlərinin saytılarını qurub işləyirlər.

Paylaş

Bir cavab yazın